Sizi məhsul və xidmətlərlə təmin etməmiz üçün istifadəçi hesabı yaratmağınız tələb olunur. Siz hər dəfə məhsul və ya xidmət üçün yeni ödəniş aləti təqdim edəndə, biz sizə aşağıdakı bildirişi göndərə bilərik və davam etməmişdən əvvəl sizin razılığınızı istəyə bilərik. Hesab yaradılan zaman və hesabın yaradılması və/yaxud yeni ödəniş alətinin əlavə edilməsi məqsədilə sizdən aşağıda göstərilən şəxsi məlumatları vermək tələb olunacaqdır: adınız, ünvanınız, telefon nömrəniz, e-poçt ünvanınız, kredit kartınızın nömrəsi və bank hesabı nömrəsi. Biz həm də İP ünvanınızı və cihazınızın İD-sini istəyə və sizin verdiyiniz şəxsi məlumatlarla bu məlumatı hesab yaradılan və ya yeni ödəniş aləti əlavə edilən zaman əlaqələndirə bilərik.\r\n\r\nMən açıq şəkildə Microsoft Corporation şirkətinə, onun filialları və törəmə təşkilatlarına Bölmə 5, Qanun 25,326-da verilən şərtlərə uyğun olaraq onların məhsulları və/yaxud xidmətləri ilə bağlı təkliflərə dair nəşr və/yaxud reklam materialı göndərmək məqsədilə burada verdiyim şəxsi məlumatlardan istifadə etmək ixtiyarı verirəm. Burada mən bildirirəm ki, Bölmə 6, Qanun 25,326-ya uyğun olaraq, bunun könüllü olmasından xəbərdaram.\r\n\r\nMəlumatların verilməməsi bu veb səhifədə verilən məhsullara və xidmətlərə daxil olmaq üçün fəaliyyətsizlikdən başqa heç bir nəticə vermir. Məlumatımı verdikdən sonra, bur cür məlumatların Redmond, WA 98052 ünvanında yerləşən Microsoft Corporation-in verilənlər bazasında saxlanılmasına açıq şəkildə razılıq verdiyimi bildirirəm. Şəxsi məlumatların sahibi bu cür məlumatlara pulsuz daxil olmaq və Bölmə 14, Alt-bölmə 3, Qanun 25,326-da verilənlərə uyğun olaraq qanuni maraqlarla bağlı sübut verilənə kimi altı aydan az olmayan intervalda öz hüququnu həyata keçirmək səlahiyyətinə malikdir. Qanun 25,326-nı qüvvəyə mindirməkdə məsul orqan ARGENTİNANIN ŞƏXSİ MƏLUMATLARIN MÜHAFİZƏSİ ÜZRƏ DİREKTORLUĞUDUR və bu orqan şəxsi məlumatların mühafizəsini həyata keçirən müddəalara riayət edilməməsi ilə bağlı iddia və/yaxud hər hansı şikayətlərlə məşğul olmaq öhdəliyi daşıyır.\r\n\r\nSiz şəxsi məlumatınıza aşağıdakı ünvanda daxil ola və ona düzəliş edə bilərsiniz: https://commerce.microsoft.com. Şəxsi məlumatlarınızı dəyişdirməyi seçməklə, siz Microsoft Corporation şirkətinə şəxsi məlumatlarınızı yuxarıda qeyd olunan şəkildə toplamaq və saxlamaq icazəsi verirsiniz.\r\n\r\nHesab yaratmaqla və aşağıda “Razıyam” düyməsini klikləməklə, siz Microsoft Corporation şirkətinə şəxsi məlumatlarınızı verməyə razılaşırsınız və bu şirkətə yuxarıda verilən kimi bu məlumatları toplamaq və ötürmək razılığı vermiş olursunuz.
Ərizə istənilən sayda skan edilmiş DjVu sənədlərini pulsuz olaraq, lazım olduğu müddətdə tanıya bilər.